Toy mərasimində 16 nəfəri ildırım vuraraq öldürüb

4 Avqust 2021 23:59 (UTC+04:00)

Banqladeşdə toy mərasiminin 16 iştirakçısını ildırım vurub.

Aznews.az xəbər verir ki , bu barədə polisə istinadən yerli “Daily Bangladesh” nəşri bildirib.

Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.

Polis bildirib ki, hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.