Türkiyədə yanğın Kemerköy İstilik Elektrik Stansiyasına yaxınlaşır

4 Avqust 2021 23:44 (UTC+04:00)

Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.

Aznews.az xəbər verir ki, bu barədə CNN-Türk məlumat yayıb.

Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.

Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.

Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in
gündəlik yanacaq tələbatı 21 600 tondur.