Sürücü maşında yanaraq öldü

5 Avqust 2021 07:21 (UTC+04:00)

Rusiyanın Başqırdıstan Respublikasında ağır yol qəzası baş verib.

Hadisə Miyakinski rayonunun Bogdanovo kəndi yaxınlığında qeydə alınıb.

“Lada Grant” avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını yol qırağındakı ağaca çırpıb. Zərbənin gücündən avtomobil alovlanıb. Yaşlı sürücü maşının içərisində yanaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı yol polisi araşdırmaya başlayıb. (APA)