Bakıda ağır yol qəzası baş verib - FOTO

5 Avqust 2021 07:33 (UTC+04:00)

Bakı-Sumqayıt şossesində ağır yol qəzası baş verib.

Hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Isuzi” markalı kiçiktutumlu yük maşını yüksək sürətə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilinin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şossesinin paytaxt istiqamətində, beynəlxalqa avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb. (APA)