Mahir Emreli Çempionlar Liqasının ən yaxşıları arasında

5 Avqust 2021 08:36 (UTC+04:00)

Ötən axşam baş tutan 3 qarşılaşmadan sonra statistik göstəricilər açıqlanıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenə ən yaxşılar arasında yer alıb. Polşanın "Legiya" klubunda çıxış edən hücumçu qapıya ən çox dəqiq zərbə endirən üç futbolçudan olub. Mahir 7 dəfə qapını dəqiq nişan alıb və zərbələrin 2-si qolla nəticələnib. 24 yaşlı futbolçu 3 dəfə hədəfdən yayınıb.

İsveçrənin "Yanq Boyz" klubundan Ebişer Mişel və Bolqarıstan təmsilçisi "Lüdoqorets"dən Bernard Tekpetey də eyni sayda dəqiq zərbə endirib.

Qeyd edək ki, "Legiya" III təsnifat mərhələsinin ilk oyununda Xorvatiyada Zaqreb "Dinamo"su ilə heç-heçə edib - 1:1. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə yerini komanda yoldaşı Tomaş Pexarta verib. (Fanat.az)