Arşakyan İlham Əliyevin müharibədən öncəki müdrik qərarından danışdı

5 Avqust 2021 08:39 (UTC+04:00)

Ohanyan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsinə rəhbərlik edirdi və Azərbaycan ordusunun uğurlu hücumundan sonra şəhərdən qaçıb.

Vitse-spiker Seyran Ohanyana İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyi yaratmaq qərarını xatırladıb: "2001 -ci ildə Azərbaycan hərbi sənaye ilə məşğul olan nazirlik yaradanda və pilotsuz üçan aparatların istehsalına başlayanda, siz Ermənistan ordusunun inkişafı üçün nə etdiniz? Bu istiqamətdə nə etdiniz?"

Arşakyan sabiq müdafiə nazirindən açıq şəkildə soruşub: "Müharibə zamanı Ermənistanın pilotsuz uçan aparatları harada idi?"

Parlamentin vitse-spikerinin sözlərinə görə, Seyran Ohanyan xatırlamalıdır ki, məhz onun müdafiə naziri olduğu dövrdə Azərbaycan ordusu ən müasir silahlarla təchiz olunurdu.

"Cənab Ohanyan, ağlıma da gələ bilməz ki, siz bilərəkdən heç nə etməmisiniz. Bunu etməyə heç vaxt icazə vermərəm və təklif edirəm ki, siz də Milli Assambleyada çıxış edəndə biz tərəfdən hansısa mövqeyinin bilərəkdən gücləndirilməsindən danışmayasınız. Bacardığımızı elədik, eyni şey də sizə aiddir". (Virtualaz.org)