Prezident Bakıya qayıtdı

22 İyun 2013 08:02 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri iyunun 21-də başa çatıb.

AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı həmin gün axşam Bakıya qayıtıb.

Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

AzNews.az