“Qalatasaray“la bağlı növbəti supertransfer iddiası

22 İyun 2013 08:38 (UTC+04:00)

Türkiyə çempionu "Qalatasaray"la bağlı növbəti supertransfer xəbəri yayılıb.

Türkiyə mediası iddia edir ki, bu dəfə klubun transfer hədəfi keniyalı Viktor Vanyamadır. 21 yaşlı futbolçunu hazırda "Seltik" klubuna məxsusdur.

Yayılan məlumatlara görə, "Seltik" Vanyamaya 10 milyon funt sterlinq qarşılığında azad agent statusu verə bilər.

Onu da qeyd edək ki, futbolçu ilə İngiltərə klubları da maraqlanır.

AzNews.az