3. Penopolistirol – evlərin isidilməsi materialı kimi geniş istifadə olunur. Bu materialı evin daxilində istifadə etmək qadağan olunub, çünki formaldeqid, fenol, stirol kimi toksiki maddələr buraxır. Tənəffüs sisteminə çökür, orqanizmdə yığılır, qaraciyəri zəhərləyir.
Aylarla, illərlə penopolistirollu məkanda yaşayan insanda ürək-damar, ağciyər, qaraciyər problemləri başlayır.
4. Beton – indi bütün bina başdan ayağa betondan qurulur. Özüllər, əsas sutunlar, əsas divarlar, pilləkənlər. Beton uzunömürlü, davamlı material olsa da o demək olar hava, oksigen buraxmır.
Metal karkaslı beton blok və plitələrdən tikilmiş evlər elektromaqnit tələlərdir. Bu evlərdə yaşayan insanlarda sinir, beyin problemləri, yorğunluq, depressiya, yuxusuzluq müşahidə olunur.
Bu evlərdə hava olmur, elektromaqnit şüalanma toplanır. Müasir binalarda bu beton qarışımlar ucbatından yüksək radioaktivlik yaranır. Bu insanı zamanla xəstələndirir, nevroloji və onkoloji xəstəliklər yaradır.
5. Şifer – Əslində ilk baxışdan zərərsiz görünür. Lakin indi şifer hazırlayarkən tərkibinə daha çox asbest liflər qatılır. Zamanla asbest mikroskopik zərrəciklərə parçalanır, insan gözü bunu görmür. Onlar havada uçuşur və gözlərə, nəfəs yollarına çökərək orda qalır. İsti havada, qışda bu zərrəciklər dəfələlər çoxalır. Asbest dünyada ən zəhərli kanserogen maddədir. Əgər insan illərlə bu zərrəcikləri udarsa, onun tənəffüs yollarında bronxit, astma, xoş və bədxassəli şişlər yarana bilər.
6. Aşağı problu, ucuz mastik və hermetiklər – tərkibində qurğuşun, krezol, ksilol kimi maddələr. 6-8 ay sonra istifadə olunduqca onlar dağılır və polivinilxlorid şəklində havaya atılır, insanın sinir, sidik, həzm sisteminə neqativ təsir göstərir.
Körpələr, hamilələr üçün təhlükəlidir.
Çox ucuz mastiklər ancaq evin xaricində çöldən istifadə oluna bilər.
Evin daxili üçün yalnız bahalı, standarta uyğun, zavod istehsalı bəlli materiallar alınmalıdır.
7. Yuyula bilən və vinil oboylar (divar kağızları) – vinil kağızlarda heç bir zərərli maddə olmasa da, onlar havanı keçirmir. Ona görə çox zaman bu oboyların altında patogen göbələklər, kif artır. Vinil kağızlarla uşaq otaqlarını işləmək qəti olmaz.
Aşağı keyfiyyətli yuyula bilən divar kağızları can rahatlığı olsa da, stirol və benzol kimi təhlükəli maddə buraxır. Yataq otağı, uşaq otağında qəti yolverilməzdir./medicina.az
Aznews.az