BMT-dən Azərbaycan və Ermənistana daha bir ÇAĞIRIŞ

6 Avqust 2021 23:14 (UTC+04:00)

BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır.

Aznews.az xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib.

"Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik", - o deyib.