Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı şəhər ərazisində yerləşən fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydaları pozulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Aznews.az-a bildiriblər ki , Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80-dək qonağın iştirak etdiyi aşkarlanıb. Müəyyən olunan qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.