Rusiya 25 ildə ilk dəfə Olimpiadada bədii gimnastikada qızılsız qaldı - FOTO

7 Avqust 2021 21:35 (UTC+04:00)

Bu bərədə “RİA Novosti” xəbər yayıb.

Bildirilir ki, Dina Averina Tokio Oyunlarında bədii gimnastika üzrə fərdi çoxnövçülük yarışı üzrə Olimpiya turnirinin gümüş mükafatçısı olub. O, dörd növ çoxnövçülük yarışında 107.650 bal toplayıb.

Olimpiya çempionu adını isə 107.800 xalla israilli Linoy Aşram qazanıb.