N!DA-çının həbs müddəti uzadılır

22 İyun 2013 09:17 (UTC+04:00)
Bu gün Nəsimi Rayon Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədlinin həbs müddətinin uzadılması ilə proses keçiriləcək.

Bu barədə AzNews.az-a hərəkatın mətbuat xidmətindən məlumat verilib. Proses saat 12:00-da keçiriləcək.

Məhkəməyə hakim Elmar Kərimovun sədr edəcək.

Qeyd edək ki, Ü.Məmmədli martın 30-da həbs edilib.

O, Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham edilir.

Anar
AzNews.az