Samur-Abşeron kanalına maşın aşıb, ölən var

10 Avqust 2021 08:12 (UTC+04:00)

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.