Həbsxanadan 10 min biznesmen çıxacaq

22 İyun 2013 10:14 (UTC+04:00)
Rusiyanın biznes ombudsmanı Boris Titov həbsxanadan 10 min potensial biznesmenin azad ediləcəyini bildirib.


Hazırda Rusiya həbsxanalarında iqtisadi cinayətlərdə ittiham edilərək həbs cəkən 13 mindən artıq məhbus var. "Onlardan ancaq iş fəaliyyəti ilə əlaqədar cinayət törədənlərin azadlığa buraxılması gözlənilir" deyə ombudsman bildirib.

Bundan başqa işi hazırda araşdırma mərhələsində olan minlərlə şəxsə də amnistiya şamil ediləcək. Ombudsman belə hesab edir ki, iqtisadi cinayətlərlə bağlı mühakimə edilənlərə tətbiq ediləcək amnistiya ölkədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək.

Ancaq amnistiya maliyyə piramidasının iştirakçılarına və büdcə vəsaitini mənimsəyənlərə şamil edilməyəcək.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının aşağı palatasına tətilə gedənə qədər iqtisadi amnistiya elan edilməsi barədə tapşırıq verib. Dumanın son plenar iclası iyulun 5-də keçiriləcək.

Elnarə
AzNews.az