Son 20 ildə ödənişli xidmətlərə 94 mlrd. manat xərclənib

10 Avqust 2021 15:42 (UTC+04:00)

Hesabat dövründə ödənişli xidmətlərin pik həcmi 2019-cu ildə (9,607 mlrd. manat), ən aşağı səviyyəsi isə 2001-ci ildə (0,498 mlrd. manat) qeydə alınıb.

İllik dinamikaya gəldikdə, göstərilən ödənişli xidmətlərdə ən kəskin artımlar 2006-cı (45,8%) və 2007-ci illərdə (67,7%) qeydə alınıb. Ən kəskin və son 20 ildə qeydə alınan yeganə azalma isə 2020-ci ildə olub – 27,2%. Sözügedən azalma COVID-19 pandemiyası səbəbindən vətəndaşların səfərlərinə, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərə görə baş verib.

Qeyd edək ki, sonuncu məlumatlara görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 3,535 mlrd. manat təşkil edib. (APA-Economics)