İtaliyada türk gəmisi yandı

22 İyun 2013 10:25 (UTC+04:00)
İtalyanın Ancona şəhərinin 45 kilometrliyində hərəkət edən bir türk yanacaq gəmisində yanğın baş verib.


Gəmidə olan 12 türk ekipaj İtaliya təhlükəsizlik orqanları tərəfindən xilas edilərək, Ankona şəhərinə aparılıb.

Adriatik dənizində türk bayrağı ilə üzən bu "Nazo S" yanacaq daşıma gəmisində baş verən yanğının səbəbi hələ bəlli deyil.

Elman
AzNews.az