Putin: “Suriyada xalq savaşmır“
22 İyun 2013 10:36 (UTC+04:00)
Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı keçirən Vladimir Putin maraqlı açıqlamalar verib.
Rusiya prezidenti Suriya olaylarına da münasibət bildirib. O, Suriyada Əsədə qarşı xalqın deyil, xarici qüvvələr və terrorçuların savaşdığını söyləyib.
Putin Rusiyanın silah satışı barədə razılaşmaları pozmadığını, amma Suriyadakı müxaliflərə digər qüvvələrin silah paylamasından da narahat olduğunu ifadə edib.
Elvin
AzNews.az