“Sumqayıt Kimya Sənaye Parkı” auditor seçib

11 Avqust 2021 16:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

AzNews.az xəbər verir ki, sorğunun qalibi “Nexia EA” QSC-dir.

Qalib şirkətə 19 942 manat ödəniləcək.