FHN Muğlada yeni yanğın ocaqlarını söndürür

11 Avqust 2021 17:09 (UTC+04:00)

Yaşıllıq zolaqlarında davam edən yanğınların daha da yayılmasının qarşısının operativ sürətdə alınması məqsədilə FHN-ə məxsus texnikalar, ərazidə xüsusi yaradılmış su çənləri və artezian quyuları vasitəsilə yanğın nöqtələrini söndürməkdədir.

Qeyd edək ki, FHN-in yanğınsöndürmə briqadaları və xüsusi xilasetmə qrupu alışma nöqtəsindəki yanğına xüsusi texnikalar, helikopterlər və canlı qüvvə ilə müdaxilə etməkdədir.