Alman siyasi dərgisində ilk dəfə türkcə başlıq - Foto

22 İyun 2013 13:22 (UTC+04:00)
Bu həftəki üz qabığını Gezi parkı aksiyalarına ayıran alman siyasi dərgisi ilk dəfə türkcə başlıqla çıxacaq.

"Spiegel" adlı məşhur dərginin açıqlamasında bildirilib ki, bu ilin 26-cı buraxılış bazar günü işıq üzü görəcək və Türkiyə ilə bağlı 10 səhifəlik yazı ilə bərabər, dərginin üz qabığında "Boyun əymə" şüarı yer alacaq.

Bu, "Spiegel" üçün bir ilkdir. Belə ki, indiyə qədər qəzetdə türkcə başlıq istifadə edilməyib.

Açıqlamada o da qeyd olunub ki, dərgi Türkiyə də satışa buraxılacaq.


Elvin

AzNews.az