Rəhmətlik atası mənə tarixi müsahibəsində məhz İsfəndiyarı “Şeytana yaxın övladı” adlandırmışdı.
AzNews.az xəbər verir ki, bu fikirləri REAL televiziyasının rəhbəri Mirşahin səsləndirib.
Onun sözlərinə görə, İsfəndiyar Vahabzadənin çıxışlarında özünəməxsus təxribat elementləri həmişə olub:
“O, təkcə bu dəfə, təkcə Rusiya və ruslarla bağlı həddini aşmayıb ki! Keçmiş səfir buna qədər Azərbaycanın dövlət kursunu zərbə altına alan fikirlər də söyləmişdi. Sosial şəbəkələrdə hüquq-mühafizə orqanları ciddi təhqiqat aparsaydı, o və onun kimilər uzaq olduqları məsuliyyətə çoxdan cəlb edilərdi”.
Mirşahinin fikrincə, əsas məsələ belə məsuliyyətsiz insanlara şans verən internet TV kanallarıdır:
“Bu tribunaların daşıdığı məsuliyyət hansısa sabiq səfirin məsuliyyətindən daha çoxdur! Söhbət bir avantüristin Gerasimi Mumuyla səhv salan təfəkküründən yox, Azərbaycanın informasiya təhlükəsizliyindən gedir!”.
TV rəhbəri hesab edir ki, “Vahabzadə böhranı” Rusiya-Azərbaycan böhranı deyil, məsuliyyət böhranıdı, ağız sərhədini qoruya bilməyənlərin məsuliyyət böhranı!.