Pakistan Azərbaycana manqo ixrac edəcək

13 Avqust 2021 18:39 (UTC+04:00)

“Gələcəkdə Pakistanda yetişdirilən manqonu Azərbaycanda mağazalarda görmək istərdim”.

Aznews.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakı Manqo Festivalında bildirib.

“Pakistanda manqo 2 min ildən artıqdır becərilir. Hazırda bu meyvənin dünyada ən böyük istehsalçısı və ixracatçısıyıq. Manqonun 100-dən artıq növü var və bizdə yetişdiriləni də ən yaxşılardan biridir”, – diplomat qeyd edib.