"Taliban" vaksinasiyanı qadağan edib

13 Avqust 2021 23:18 (UTC+04:00)

"Taliban" hərəkatı Əfqanıstanın şərqində nəzarəti ələ keçirdiyi Paktiya əyalətində koronavirusa qarşı vaksinasiyanı qadağan edib.

Aznews.az xəbər verir ki, bu barədə əyalətin səhiyyə departamentinin rəhbəri Vilayət Xan Əhmədzay deyib.

O bildirib ki, "Taliban" ötən həftə Paktiyanı ələ keçirəndən sonra regional xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.

Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.