“Üzünüzlə çox oynamayın” - Aydan Şenerdən gənclərə MƏSLƏHƏT

15 Avqust 2021 22:12 (UTC+04:00)
“Çalıquşu” serialı ilə tanınan və gözəlliyi ilə ürəkləri fəth edən Aydan Şener illər keçsə də demək olar ki, heç dəyişməyib.

Aznews.az xəbər verir ki, aktrisa bildirib ki, gözəl olmağa səbəb həm də təbiilikdir. Əlli səkkiz yaşlı aktrisa gənc aktrisalara da mesaj verib və deyib ki, üzləri ilə çox oynamasınlar.

Aktrisa gənc qalmasının sirlərindən danışıb və bildirib ki, həmişə çalışır ki, kökəlməsin:

“Elə bir sirrim yoxdur. Sadəcə çalışıram ki, kökəlməyim. Bir neçə kiloqram kökələn kimi dərhal rejimə keçirəm ki, arıqlayım. Düşünürəm ki, kökəlmək insanın yaşının üstünə yaş gətirir. Qidalanmağıma və dərimə çox diqqət edirəm. Estetik mərkəzlərdə çox gəzmirəm. Oralara ayıracaq vaxtım da yoxdur. Təbii şeylər etməyi sevirəm”.

Aydan Şener gənc aktrisaları bəyənsə də, onlara məsləhətlərini də verib:

“Gənc aktrisaların hamısını bəyənirəm. Hamısı çox gözəldir. Onlara tək məsləhətim odur ki, gənc yaşda üzləri ilə oynamasınlar. Bəziləri üzüylə, gözüylə oynamağa çox tez başlayır. Sadəcə belə bir məsləhətim ola bilər”-deyə o, bildirib.