Fiqu Neymar və Messi ikilisindən danışdı

22 İyun 2013 17:10 (UTC+04:00)
Fiqu "Barselona"nın hücum xəttini dəyərlədirib və DÇ-2014 üçün favoritləri açıqlayıb.

Portuqaliyalı ulduz futbolçu L. Fiqu "Barselona"nın yeni mövsüm üçün hücum xəttini dəyərləndirib.

O, Neymar və Messinin möhtəşəm ikili olacağına inandığını bildirib: "Yüksək səviyyəli oyunçular bir-biriylə yaxşı anlaşır. Əgər anlaşmırlarsa, bu, meydançadan kənarda baş verər proseslərdən qaynaqlanır. Bu səbəblə Neymar və Messinin möhtəşəm ikili olacağına inanıram".

Fiqu 2014-cü ildə Braziliyada keçirlən dünya çempionatında meydan sahibləri və ispanların favorit olacağını da sözlərinə əlavə edib.


Elvin
AzNews.az