Ekskavatorun təmiri ölümlə nəticələndi

22 İyun 2013 11:56 (UTC+04:00)
Şahbuz rayonunda ekskavatorun işçisi ehtiyatsızlıq nəticəsində maşının kovşu ilə iş yoldaşına xəsarət yetirib.


Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 20-də Şahbuz rayonunun Kolanı kəndi ərazisində "Gəmiqaya Yol-Su Enerji" MMC-nin işçisi Əli Məcnunov ekskavatoru təmir edərkən ehtiyatsızlığı nəticəsində iş yoldaşı Natiq Taroyevə ekskavatorun kovşu ilə xəsarət yetirib.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Taroyev, iyunun 21-də orada ölüb.

AzNews.az