Mehriban Əliyeva Kəlbəcər və Laçından paylaşım edib - VİDEO

16 Avqust 2021 23:14 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Kəlbəcər və Laçın rayonlarına səfərləri ilə bağlı paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə

Sizin MEHRİBAN”.