İranın ali lideri 1249 məhbusu əfv etdi

22 İyun 2013 17:27 (UTC+04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi şaban ayının 15-i (iyunun 24-də) şiələrin 12-ci imamı həzrət Mehdinin (ə) doğum günü münasibətilə həbsdə olan 1249 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli şaban ayının 15-i şələrin 12-ci imamı həzrət Mehdi (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1249 məhbusun əfv edilməsi xahiş olunur.//trend//

AzNews.az