İlham Əliyevdən böyük hersoqa məktub

22 İyun 2013 18:24 (UTC+04:00)
Prezident İlham Əliyev Lüksemburqun böyük hersoqu Anriyə təbrik məktubu göndərib. Dövlət başçısı Lüksemburqun milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adından Lüksemburqun bütün xalqını da səmimi qəlbdən təbrik edib:

"Əlahəzrət, Lüksemburqun milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Lüksemburq dövlətlərarası münasibətlərinin inkişafı dostluq əlaqələrimizin daha da möhkəmlənməsi və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Lüksemburq xalqına daim sülh və rifah arzulayıram",- deyə prezident İlham Əliyev bildirib.//AzərTac//

AzNews.az