“Erməni valideynləri övladlarını niyə Qarabağa göndərsinlər ki? Qarabağ onların torpağıdır? Erməni əsgərləri Qarabağda yox, İrəvanda xidmət etməlidir. Qarabağ onların torpağı deyil, öz övladlarını orda həlak etməsinlər. Mən burdan erməni analarına səslənib deyirəm ki, övladlarınızı Qarabağa göndərməyin. Qarabağ Azərbaycan Respublikasının torpağıdır. Onlar dərk etməlidirlər ki, övladlarımız niyə Qarabağda ölməlidir? Erməni qadınları bilməlidir ki, onların övladları Ermənistan uğrunda yox, Qarabağ uğrunda gedən döyüşlərdə hədər yerə həlak olurlar.
Qaldı ki, Larisa Alaverdyanı təbdirlərdə görmüşəm, heç xoşuma gələn insan deyil. Heç vaxt onunla yaxın olmamışam və etdiyim çıxışlara görə məndən heç vaxt xoşları gəlməyib. Həmişə sözün düzünü dediyim üçün mənə milliyyətçi deyirdilər”./Moderator.az