Azərbaycanın baş pediatrı valideynlərə çağırış edib

25 Avqust 2021 15:49 (UTC+04:00)

“Azərbaycanda uşaqların xəstəliklərə qarşı peyvəndlənməsi pandemiya səbəbindən azalıb”.

AzNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

“Valideynlərdən xahiş edirəm ki, uşaqların gecikdirilmiş peyvəndləri varsa, onları vurdursunlar. Uşaqların həyatını təhlükəyə atmasınlar və poliklinikalara getsinlər və peyvəndləri vurdursunlar”, - o bildirib.