“Artsax” söndürülüb! - Azərbaycan öz ərazisində erməni mobil operatorlarını blokladı

25 Avqust 2021 16:10 (UTC+04:00)

Eyni zamanda, Qarabağ ərzisində mobil internet də işləmir ki, bu da erməni sosial şəbəkə təxribatçılarının əl-qolunu bağlayaraq, sevimli fəaliyyətlərini həyata keçirmələrinə imkan vermir.

Məsələn, “odnoklassniki” sosial şəbəkəsinin Anait Xaçatryan (Անահիտ Խաչատրյան) adlı istifadəçisi Qərbi Azərbaycanın Ellər rayon mərkəzindən (Ermənilər ora “Abovyan” deyirlər) yazır ki, bir neçə gündür, Qarabağdakı qohumları ilə əlaqə saxlaya bilmir: “Ya onlara zəng çatmır, ya da dərhal itir. SMS göndərəndə də eyni şey olur”.

Ona cavab verən İrəvan sakini Alina Qriqoryan (Alina Grigoryan) həm faktı təsdiqləyir, həm də qardaşının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində qanunsuz hərbi xidmətdə olmasını. “İki gün əvvəl Laçın-Şuşa yolu ilə qardaşımın yanına gedirdik, birdən rabitə itdi. Sonra naviqator da işləmədi. Qardaşım dedi ki, artıq bir həftədir rabitə ilə bağlı belə problem ortaya çıxıb”,- terrorçunun bacısı gileylənir.

“Aram Avagyan” adlı başqa bir istifadəçi isə əlavə edir ki, sonuncu müharibə zamanı da rabitənin bu cür çökdürülməsi müşahidə olunurdu.

Ermənilərin çoxunun yazdıqlarından belə anlaşılır ki, Ağdərədə, Şuşa ətrafında, Xocavənddə, hətta Xankəndində anoloji vəziyyət hökm sürür.

Azərbaycan öz ərazisində qanunsuz fəaliyyət göstərən erməni mobil operatorlarını bloklamaq hüququna malikdir. Əgər bu, erməniləri narahat edirsə, qoy, münaqişənin dinc yolla tam nizamlanmasına hələ də müxtəlif yollarla əngəllər törətməyə çalışan hərbi-siyasi rəhbərliklərinə şikəylətlənsinlər. (azvision.az)