YAP-ın Qax rayon təşkilatının sədri vəfat edib

28 Avqust 2021 09:15 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Qax rayon təşkilatının sədri Nizami Əhmədov vəfat edib.

AzNews.az xəbər verir ki, N.Əhmədov 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Nəzir oğlu Əhmədov 1950-ci ildə anadan olub. O, partiyanın Qax rayon təşkilatının V-IX konfranslarında sədr seçilib.