"Agentlik bu il QHT-lər üçün qrant elanı edəcəkmi?"

29 Avqust 2021 16:15 (UTC+04:00)

Verilişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı, bu həftə ərzində ən çox müzakirəyə səbəb olan QHT-lərin kütləvi etirazının səbəbləri, ölkəmizdə fəaliyyət göstərən 4000 QHT iflic vəziyyətinə düşməsinin səbəbləri, Maliyyə Nazirliyinin dövlət büdcəsindən QHT-lərə ayrılan maliyyənin icra etməməsinin səbəbləri, Agentliyin Maliyyə Nazirliyinin açıqlamasına münasibəti, QHT sədrləri ilə Müşahidə Şurasının üzvlərinin mətbuatda, sosial şənəkələrdə apardığı müzakirələr, 2021-ci ildə Prezident İlham Əliyevin QHT ayırdığı maliyyə vəsaitinin bu günə qədər də icra olunmamasının səbəbləri, bu il Agentliyin QHT qrant müsabiqəsi elan edib, etməməsi, nazirliklərdə yaradılan İctimai Şuralarda keçirilən seçkilərdə ciddi narazılığın yaranma səbəbləri, beynəlxalq təşkilatların Azərbaycana qrant ayıra bilməməsinin əsl səbəbləri, həftə ərzində Azərbaycan tərəfinin Gorus-Qafan yolunu bağlanmasının səbəbləri, Rusiya Prezidenti Putinin Paşinyanla telefon danışığının baş tutması, Rusiya sülməramlı qüvvələrin faəliyyəti, yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması perspektivi, bəzi nazirliklərin faaliyyətində nöqsanların olması və digər məsələlər haqqında danışılıb.

Həmin verliişin videosunu təqdim edirik: