İranda Azərbaycan vətəndaşı həbs olunub

23 İyun 2013 13:34 (UTC+04:00)
Azərbaycan vətəndaşı İranın Gilan vilayətində həbs edilib.

Bu barədə Gilan vilayətinin Sərhəd- Gömrük Xidmətinin rəisi Seyid Yusif Murtəzəvi deyib.

O, adını açıqlamadığı Azərbaycan vətəndaşının Astara sərhəd-keçid məntəqəsinin İran tərəfində saxlanıldığını deyib. O bildirib ki, saxlanılan şəxsin üstündən baytarlığa aid 9 min 340 ədəd dərmanı preparatı, 400 paket xarici siqaret və məhlullar aşkarlanaraq, götürülüb.

Onun barəsində həbs qərarı çıxarılıb, araşdırmalara başlanılıb.

AzNews.az