Qəddafinin silahları Suriya müxalifətinə göndərildi

23 İyun 2013 19:30 (UTC+04:00)
"The New York Times" silahların Türkiyə üzərindən ötürüldüyünü yazıb

Suriyalı müxaliflər "qardaş ölkələrdən" tank və təyyarə əleyhinə raketlər də daxil olmaqla ağır silahlar aldıqlarını açıqlayıb.

"The New York Times" qəzetinin iddiasına görə, silahlar Liviyadan toplanıb və Türkiyə üzərindən Suriya müxaliflərinə çatdırılıb. Qəzetin yazdığına görə, silahları Liviyadakı Qətər sülhməramlıları toplayıb.

Bəşər Əsəd ordusunun kimyəvi silahdan isitfadə etdiyi və bununla da "qırmızı xəttin" keçildiyi haqda ABŞ-ın bəyanatından sonra Suriyalı müxalif qrupların silahlandırılmasına başlanıb.

Azad Suriya Ordusunun siyasət və media koordinatoru Louay Almokdad haqqında danışılan ağır silahları aldıqlarını CNN-ə təsdiqləyib. Lakin silahların haradan göndərildiyini açıqlamayıb. Almokdad bu silahların Bəşər Əsəd rejiminə qarşı döyüşlərdə "dönüş nöqtəsi" yaradacağını deyib.

Suriya Müxalifləri Koalisiyasının sözçüsü Xalid Saleh isə silahların onlara Livan üzərindən gəldiyini bildirib.(musavat.com)

AzNews.az