Rəssam Tofiq Fərəcov vəfat edib

4 Sentyabr 2021 12:40 (UTC+04:00)

Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib.

T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.