Nyu-Yorkda “Dəniz canlıları“ paradı- FOTOLAR

23 İyun 2013 19:59 (UTC+04:00)
Dünən Nyu-Yorkda su pərilərinin paradı keçirilib

Minlərlə adam mifik dəniz məxluqlarını xatırladan rəngarəng kostyumlarda ötən payız "Sendi" qasırğasının xaraba qoyduğu Koni-Aylendə toplaşıb.

İlkin hesablamalara görə, bu qeyri-adi tədbirdə iştirak etmək üçün Bruklindəki yarımadaya 1 milyonadək adam gəlib.

Dünyada ən iri incəsənət paradı hesab olunan yürüş ilk dəfə 1983-cü ildə baş tutub. Hər il dəniz tanrısı Neptun və kraliçə su pərisi yürüşün önündə gedirlər. Bu dəfə bu rolları ifa etmək amerikan komiki Cud Fridlander ("Studiya 30" serialı) və jurnalist Kerol Radzivillə həvalə olunub.

AzNews.az