MDB Oyunları: Azərbaycanın qadın güləşçiləri iki medal qazanıb

4 Sentyabr 2021 17:54 (UTC+04:00)

Azərbaycanı Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında təmsil edən qadın güləşçilərdən ikisi medal qazanıb.

Aznews.az xəbər verir ki, Şahanə Nəzərova 50 kq çəki dərəcəsində gümüş medala sahib olub.

53 kq çəkidə yer alanb Tatyana Voronsova isə bürünc medal əldə edib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 2 gümüş və 8 bürünc medal var.