Sabirabadda naməlum şəxslər 33 yaşlı kişiyə hücum ediblər

5 Sentyabr 2021 11:51 (UTC+04:00)

Sabirabadda döyülmə hadisəsi baş verib.

Hadisə Osmanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Səyyaf Fərasət oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.