Ordumuz daha bir əsgərini itirdi

23 İyun 2013 20:57 (UTC+04:00)
Xərçəngdən əziyyət çəkən Azərbaycan Ordusunun əsgəri Tural Qasımov bu gün vəfat edib.


Bu barədə "Qafqazinfo"ya əsgərin əmisi Vəlixan Qasımov məlumat verib. O, Turalın səhhətinin dünən yaxşı olduğunu bildirsə də, bu gün səhər saatlarında qəfildən ordumuzun əsgəri dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin oktyabr ayından Tovuzdakı N saylı hərbi hissədə xidmət edən Tural Qasımovun bir neçə həftə əvvəl qan xərçəngindən əziyyət çəkdiyi məlum olub. O, Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda müalicə olunurdu. Yaxınları Turalın Türkiyə və İsraildə sağalma şansının olduğunu demişdilər.

Allah rəhmət eləsin!

AzNews.az