Cəlilabadda şəhidin xatirə muzeyinin açılışı olub

6 Sentyabr 2021 23:59 (UTC+04:00)

Cəlilabadda şəhidin doğum günündə onun adına inşa edilən xatirə bulağının və muzeyin açılışı olub.

​Aznews.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Üçtəpə kəndinin sakini şəhid Ayxan Cəfərovun 25 yaşı qeyd edilib.

​Açılış mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ad günündə onun xatirəsinə inşa olunmuş muzey ziyarət edilib, bulağın açılışı olub. Sonra şəhidin Üçtəpə kənd qəbirstanlığındakı məzarı ziyarət edilərək, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

​Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.