Türkiyədə "Fulya" filminin premyerası olacaq

7 Sentyabr 2021 22:32 (UTC+04:00)

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” sənədli filminin çəkilişləri başa çatıb.

Aznews.az xəbər verir ki, oktyabrın 8-də ekran əsərinin Türkiyədə premyerası olacaq.

Qeyd edək ki, filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə müharibənin acı həqiqətlərini dünyaya çatdıran ”CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün fəaliyyətindən bəhs olunur. Sənədli filmin Azərbaycanda nümayişinin vaxtı isə hələlik dəqiqləşməyib.