Atəşkəs pozulub

24 İyun 2013 07:34 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Abdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az