Angela Merkel ilk dəfə özünü feminist adlandırdı

9 Sentyabr 2021 21:56 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib.

Aznews.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.

Bildirilib ki, 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib. Merkel deyib ki, o vaxt bunu açıq şəkildə söyləməkdən utanıb.

Ancaq kansler indi feminist olduğunu deyərək, ictimai həyatda qadın və kişi bərabərliyi mövzusunda hər kəsi bu nümunəni izləməyə təşviq edib: “Bu gün daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”.