“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır

9 Sentyabr 2021 21:27 (UTC+04:00)

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır.

Aznews.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu gün “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşdə məlumat verib.

Şöbə müdiri qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir.