YAP avtomobillərini satır

10 Sentyabr 2021 16:51 (UTC+04:00)

Bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının balansında olan istismar müddətini başa vurmuş 5 ədəd nəqliyyat vasitəsinin satışa çıxarılmasına, 2 ədəd minik avtomobilinin “Yeni Azərbaycan” qəzetinin balansına verilməsinə və 1 ədəd yeni avtomobilin alınmasına razılıq verilib.