TQDK nəticələri açıqladı

24 İyun 2013 08:28 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsi abituriyentləri üçün iyunun 23-də Azərbaycan dili fənnindən keçirilən test imtahanının nəticələrini açıqlayıb.

Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

Rus bölməsi abituriyentləri üçün imtahan dünən Bakı və Naxçıvan şəhərlərində keçirilib. Bu imtahandan müvafiq qiymət alanlar ali məktəblərə qəbul imtahanlarında iştirak etmək imkanı veriləcək.

Elnarə
AzNews.az