Aleksandr Çupriyan müvəqqəti olaraq Rusiyanın FHN rəhbəri vəzifəsinə təyin edilib

10 Sentyabr 2021 22:39 (UTC+04:00)

Rusiya fövqəladə hallar nazirinin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan müvəqqəti olaraq nazir vəzifəsini icra edəcək.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Rusiyanın keçmiş fövqəladə hallar naziri Yevgeni Ziniçev sentyabrın 8-də dünyasını dəyişib.